Menu

Xalq artistinin koronavirus testi pozitiv çıxıb - Vəziyyəti ağırdır

31.08.2022, 11:24
Xalq artistinin koronavirus testi pozitiv çıxıb - Vəziyyəti ağırdır

Xalq artisti Ənvər Həsənovdan koronavirusla əlaqədar götürülən test analizinin nəticəsi pozitiv çıxıb.

Bu barədə "Report"a Xalq artistinin qızı Aytən Həsənova məlumat verib.

Onun sözlərinə görə, atasının bir müddət əvvəl də koronavirus xəstəliyi keçirdiyi məlum olub.

"Hazırda vəziyyəti ağırdır və bir neçə gün əvvəl yerləşdiyi xəstəxanada müalicələri davam etdirilir", - A.Həsənova əlavə edib.

Qeyd edək ki, 72 yaşlı aktyor Ə.Həsənov "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa yaddaqalan obrazlar yaradıb.

Şərhlər

yasdığı yüngül olsun! 2022-08-31 15:00:20

Allah xəstəlikdən qurtulmaqda Ənvər müəllimə kömək olsun!

t.ədalət 2022-08-31 13:28:05

İndi həkimlər xəstənin diaqnozunu təyin edə bilməyəndə günahı koronanın üstünə yıxırlar.Allah şəfa versin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol