Menu

Vaşinqtondan Brüssel görüşü ilə bağlı açıqlama

31.08.2022, 15:43
Vaşinqtondan Brüssel görüşü ilə bağlı açıqlama

"Biz Ermənistan və Azərbaycanı diplomatik fəaliyyəti aktivləşdirməyə və hərtərəfli sülh razılaşmasına nail olmağa çağırırıq".

"AzPolitika.info" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel deyib.

ABŞ rəsmisi Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin bu gün Brüsseldə keçirəcəyi üçtərəfli görüşündən gözləntilərini açıqlayarkən belə deyib.

"ABŞ Cənubi Qafqazda demokratik, firavan və dinc gələcək üçün təhlükəsizliyin, sabitliyin təşviqinə sadiqdir", V.Patel vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol