Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən, general-mayor Bəkir Orucov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.
APA-nın əldə etdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda istintaq orqanının təqdimatı əsaslı hesab edilib.
Qərara əsasən, Bəkir Orucov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, general-mayor Bəkir Orucovun “Tərtər işi” ilə bağlı şübhəli şəxs olduğu iddia edilir.
General-mayor bundan əvvəl Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi olub.
***
Müdafiə Nazirliyinin daha bir zabiti saxlanılıb. Bu barədə Bakupost.az-a hərbi polisin sabiq rəisi, ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov deyib.
Hərbi ekspert həmin zabitin də “Tərtər işi” ilə bağlı saxlanıldığını güman edir: “Bildiyimiz kimi, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
İstintaq qrupu bunu araşdırır. Generalın həbs olunması ilə bağlı açıqlama verməli idilər. Bəlkə də, istintaq qrupu açıqlamamağı məsləhət bilib. Aldığım məlumata görə, təkcə general deyil, başqa bir zabit də həbs olunub. Onun təhqiqatçı olduğu deyilir. Beyləqanda Müdafiə Nazirliyinin Təhqiqat Şöbəsinin zabiti olub”.
***
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən, general-mayor Bəkir Orucov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
APA xəbər verir ki, Bəkir Orucovun hansı səbəbdən saxlanıldığı hələlik açıqlanmasa da, onun "Tərtər işi" ilə bağlı şübhəli şəxs olduğu iddia edilir.
Qeyd edək ki, general-mayor Bəkir Orucov bundan əvvəl Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi olub.

Şərhlər
Bəkir kimi generallar Azərbaycanda barmaqla sayılacaq qədərdir...
Deyəsən, bu dəfə də sel özüylə çör-çöp gətirib...
Hörmətli jurnalistlər və siyasi partiyalarin rəhbərləri, təbiətdə movcud olan rəngləri ayird
edə bilirsiniz : qara rəngə qara deyilir, aq rəngə aq deyilir, buna istinad edilərək , hər kəs
yaxşi bilir ki , Bakida 20 Yanvar FACIƏSI fakti torədilib, indi sizə sual olunur : bu fakti ,
" 20 yanvar işi " adlandirmaq olarmi ? ????
Yaxud XOCALI SOYQIRIMI faktini , adlandirmaq olarmi XOCALI IŞI ??????????
Niye, haminiz , Tərtər FACIƏSINI, adlandirirsiniz "Tərtər işi" ???????
Haminiza sual olunur : əgər insan yalançi, həyasiz, qəddar, cinayətkar, karyerist, oqru, quldur , yaltaqliqi sevən, hiyləgər, əxlaqsiz, bohtançi, ruşvətxorluqu sevəndirsə, bu tipli insani adlandirmaq olarmi bu adla : " Xarakterində SƏHV - lər olan insan " ????????????
Bu məqalədə yazilan - qeyd olunan zabit - general-mayor Bəkir Orucov , butun faktlar barədə, həqiqətləri danişmalidir istintaq prossesində .
Təcili, Hərbi Prokuror Xanlar Vəliyev , muvəqqəti olaraq , oz vəzifəsindən KƏNAR OLUNMALIDIR ki, bu adam, ISTINTAQ PROSSESINƏ TƏSIR ETMƏK IMKANIN- dan
MƏHRUM OLUNSUN - ZƏRƏRSIZLƏŞDIRILSIN.
ƏGƏR, TƏRTƏR FACIƏSI - nin istintaq prossesi DUZGUN ISTIQAMƏTDƏ aparilarsa, IFŞA OLUNACAQ bezi SƏLAHIYYƏTLI məmurlar və yüksək rütbəli zabitlər.
Amma, istintaq prossesində, " КОЗЁЛ ОТПУЩЕНИЯ " ( böhtan - qara yaxma ilə ittiham ) ISTISNA OLMAQ ŞƏRTI - nə CIDDI RIAYƏT OLUNMALIDIR.
Bir dəfə jurnalistlər Bəkir Orucovdan müsahibə götürərkən soruşdular ki,vəzifənizin adı nədir?O da cavab verdi ki,bu Dövlət sirridir.
Beyləqan korpusunda rüşvət almayan biri var idisə,o da Bəkir Orucov idi.....
BUnlar necə general edilir? Bu sahədə geniş araşdırılma aprılsa.çox ehtimal ki, bir sıra qanunsuzluqlar,hətta cinayət faktlaı ortaya çıxacaq.Adam heç həqiqi hərbi xidmətdə olmayıb,amma general paqonu daşıyan vergidə,gömrükdə,FHN-də və dontigər yerlərdə general paqonu daşıyır. Bu necə olur?