Menu

Bakıda arvadının öldürdüyü ər tanınmış məşqçi imiş - FOTO (Yenilənib)

02.09.2022, 20:15
Bakıda arvadının öldürdüyü ər tanınmış məşqçi imiş - FOTO (Yenilənib)

Bu gün saat 12 radələrində Bakı şəhər Xətai rayonu ərazisində qadının ərini qətlə yetirməsi hadisəsinin bəzi təfərrüatları üzə çıxıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 35 yaşlı Əfsanə Qalabəyli həyat yoldaşı, 1974-cü il təvəllüdlü Nurani Qalabəylini ailə münaqişəsi səbəbindən qətlə yetirib.

Bildirilir ki, N. Qalabəyli kikboksinq üzrə tanınmış məşqçidir. O, “Sərhədçi” idman kompleksində çalışıb.

Ailənin 4 övladı var, onlardan 3-ü oğlan, biri isə qızdır.

Qonşuların bildirdiyinə görə, Əfsanə Qalabəyli özündən 13 yaş böyük olan həyat yoldaşını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Hadisə vaxtı N.Qalabəyli qan içində evi tərk etməyə çalışsa da, buna nail ola bilməyib. Qətldən sonra ağır psixoloji durumda olan qadın qışqıraraq ətrafda qaçmağa başlayıb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Əfsanə Qalabəyli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.

***

Sentyabrın 2-i saat 12 radələrində 1974-cü il təvəllüdlü Nurani Qalabəylinin yaşadığı mənzildə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xətai rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin arvadı, 1987-ci il təvəllüdlü Əfsanə Qalabəylinin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Nurani Qalabəylini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Əfsanə Qalabəyli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.

Şərhlər

Elmira 2022-09-03 09:05:01

İndiki zəmanədə əfsuslar olsun, belə hadisələr adiləşib. "Nöşün ki"? Həm arvadlar qudurub, həm bu lənətə qalmış sosial şəbəkələr adamları yoldan çıxardır. Qız-gəlinlər ləp qudurublar.

Xanım 2022-09-03 07:57:05

Nə üçün qadına ölüm cəzası verilməlidir? Görün o bedbaxtı kişi hansı həddə çatdırıb ki... məgər arvadını qətlə yetirən kişilərə ölüm cəzası verilir?

Niyaza 2022-09-03 02:56:09

Niyaz bizim Azerbaycan qadinlari cox eziyyet cekirler ekser kishilerin ucbatinnan. Ona gore Azerbaycan qadinlari xarici kishilere ustunluk verirler

Hekim 2022-09-02 23:42:47

Ne bilirsiniz, ne dereceye chatdirib arvadini ki, o da onu oldurub.

Niyaz 2022-09-02 20:28:38

O qadına ölüm cəzası vermək lazımdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol