Menu

Bərdədə narkotacirlər saxlanılıb

03.09.2022, 09:07
Bərdədə narkotacirlər saxlanılıb

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə Ağdam rayon sakini Arzuman Niftalıyev saxlanılıb. Onun üzərinə baxış zamanı narkotik vasitə olan marixuana aşkar edilib.

Araşdırmalarla A.Niftalıyev narkotik vasitəni Şaxmalı adlı şəxsdən aldığını bildirib. Davam etdirilən tədbirlər nəticəsində Ağdam rayon sakini Şaxmalı Cəfərov da saxlanılıb. Onun evində aparılan axtarış zamanı çəkisi 5 kiloqram 200 qram olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.

Şərhlər

Sahib Kərimov 2022-09-03 13:15:55

Hamıya bəlli olan narkotika yolu (İran nəzətdə t niyə bağlanıla,qarşısı alına bilmir? Kimdir maraqlı.Bu qədər Hüquq mühafizə orqanları niyə unun öhdəsindən gəlmir? Bəlkə el onlar bu yolun istifadəsində əsas maraqlıdırlar? Yoxsa bir iran sərhəddini nəzarətə götürmək nə çətin işdir ki. bunun öhdəsində gəlinmir.Yəqin maraqlı vəzifəlilər mövcuddur lki. bunlar da qorunur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol