Menu

AEBA-nın missiyası Zaporojye AES-i tərk edib

05.09.2022, 11:43
AEBA-nın missiyası Zaporojye AES-i tərk edib

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) missiyası Ukraynanın Zaporojye vilayətinin Enerqodar şəhərində yerləşən Zaporojye Atom Elektrik Stansiyasını (AES) tərk edib.

“Report” TASS-a istinadən xəbər verir ki, stansiyada missiyanın daimi iki nümayəndəsi qalıb.

Qeyd edək ki, sentyabrın 1-də AEBA Baş direktoru Rafael Qrossinin rəhbərlik etdiyi nümayəndə heyəti “Rosatom”un nümayəndələrinin müşayiəti ilə Zaporojye AES-ə baxış keçirməyə başlayıb.

Xatırladaq ki, martın 4-də Rusiya qoşunları Zaporojye AES-i işğal edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol