Menu

"Lənkəranda elektrik enerjisinin verilişi 1 saat ərzində bərpa olunacaq" - Azərişıq

05.09.2022, 22:40
"Lənkəranda elektrik enerjisinin verilişi 1 saat ərzində bərpa olunacaq" - Azərişıq

Lənkəranda güclü külək səbəbindən elektrik enerjisinin verilişindəki fasilə 1 saat sonra bərpa olunacaq.

APA xəbər verir ki, bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, hadisədən dərhal sonra qurum əməkdaşları qəza baş verən əraziyə baş çəkib.

Hazırda birqadalar qəza yerində çalışır.

Qarşıdakı 1 saat ərzində elektrik enerjisi təchizatı bərpa ediləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol