Menu

DAHA BİR GENERAL VƏZİFƏSİNDƏN AZAD OLUNDU - Cinayət işi açıldı

06.09.2022, 19:30
DAHA BİR GENERAL VƏZİFƏSİNDƏN AZAD OLUNDU - Cinayət işi açıldı

Dövlət Gömrük Komitəsinin daha bir vəzifəli şəxsi bu qurumla bağlı açılan cinayət işinə cəlb olunub. "Qafqazinfo”nun  məlumatına görə, Komitənin Gömrük Nəzarətinin Təşkili Və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin Rəisi, general-mayor Kənan Məmmədov bu səbəbdən tutduğu vəzifədən azad olunub. Hazırda gömrük generalı hüquq mühafizə orqanları tərəfindən dindirilir. 

Qeyd edək ki, K. Məmmədov daha əvvəl Bakı Baş Gömrük İdarəsinin rəisi olub. 2019-cu ildə general-mayor rütbəsi ilə təltif edilib. O, "nerhrəmli Kənan" kimi tanınıb... Ancaq onun Naxçıvan şəhərində anadan olduğu bildirilir.  

Kənan Məmmədov Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə 2018-ci ildə təyinat alıb. Ondan əvvəl Kənan Məmmədov Tovuz Gömrük İdarəsinin rəisi vəzifəsində çalışıb. Onu da bildirək ki, Kənan Məmmədov Səfər Mehdiyevin yaxın dostu kimi tanınıb.

Xatırladaq ki, son dövlər DTX tərəfindən Gömrük Komitəsində silsilə əməliyyatlar keçirilib. Aralarında generallar da olmaqla bir sıra yüksək vəzifəli şəxslər rüşvət və mənimsəmə ittihamı ilə həbs edilib. DGK sədri Səfər Mehdiyev isə iyulda vəzifəsindən azad olunub.

"AzPolitika.info"

Şərhlər

Vətəndaş 2022-09-17 09:23:52

Gömrükdə,Vergidə genetal olar?Genaral uzun illər orduda,Dİ-in cinayətaxtarışı sahəsində uzun müddət xidmət edən,layiqlı əməkdaşlarına verilər.Azərbaycanda bu qədər general havayı yüksək maaş,sonra yüksık pensiya alır.Belə hal bu məsələdə "rüşvətini ver,çinini al,kef elə" mənasını verdiyinə şübhə qalmır.

Millət 2022-09-17 09:18:48

Nə general? Bu nə hoqqabazlıqdır?.....

vətəndaş 2022-09-07 09:14:06

Geniral rütbəsi xususi xidmətləri olan insanlara vermək lazimdi.

Camaat 2022-09-07 00:53:00

.......... hamısı general imiş.Özüdə əldəqayırma.

Aqil 2022-09-06 21:33:29

Təsadüfən bu da arxeoloq-aşıq Abbas Seyidovun qohumu deyil ki? Olmamağı təəccüblü olardı...

Müəllim 2022-09-06 21:31:48

Bu da yəqin saxta generaldır. Qurban olalar Polad Həşimov kimi generala!

Hüquqşünas 2022-09-06 19:13:16

Gömrükən,Vergidən, Generalrütbəsi götürülməlidi.General adını aşaöılamaq ayıbdır.QAlan DSX,MN,DİN,FHN -lərində isə araşdırılmalıdır.Bunlar həqiqi hərbi xidmətdə və sonra hansı görkəmli xidmətlərinə görə bu yüksək çinə layiq görülüblər.Yoxsa bir kənddən 46 general düzəltmək olduqca gülməli haldır.Gğmrük və bergidə is filan dərəcəli gömrük və ya vergi içisi titulu olmalıdı

Adam 2022-09-06 18:05:52

Gomruk komitesine bu qedeer qeneral neye lazim? General rutbesi , yakniz, herbide ve huquq-muhafize orqanlarinin emekdashlarina verilmelidir . Chox az sayda. Hara dash atirsan, generaldir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol