Menu

"Xersonda 25 min rus əsgəri ya öləcək, ya da..." - Saakaşvilidən nikbin proqnozlar

06.09.2022, 19:18
"Xersonda 25 min rus əsgəri ya öləcək, ya da..." - Saakaşvilidən nikbin proqnozlar

"Ukrayna nəhayət strateji təşəbbüsü öz əlinə aldı, bundan sonra cəbhədə müharibə qaydalarını ruslar yox, ukraynalılar tətbiq edirlər".

"AzPolitika.info" xəbər verir ki, bu barədə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili "Feysbuk" səhifəsində yazıb. "Dünən Ukrayna əsgərləri Donbassda Severski Donetsk çayını keçərək sol sahildəki yaşayış məntəqələrini işğaldan azad edərək böyük uğura imza atdılar. Xersonda isə daha iki yaşayış məntəqəsi nəzarətə götürülüb",-deyə eks-prezident yazır.

Saakaşvili daha sonra Rusiyanın müharibəyə səfərbər etmək istədiyi 40 min döyüşçünün yalnız 10 minini toplamasına diqqət çəkir: "Amma Qərb hərbi texnikalarından istifadə qaydalarını öyrənmək üçün üç aylıq təlimlərə cəlb olunmuş 40 min ukraynalı döyüşçü yaxın iki həftə ərzində Avropadan qayıdacaq. Almaniya dünən ABŞ-dan Ukraynaya verilən havadan müdafiə sistemlərinin bənzəri olan iki oxşar sistemi oktyabr ayında Ukraynaya çatdıracaq. Onlar dünyanın ən qabaqcıl sistemlərindən biridir. Bununla da Ukraynanın havadan müdafiə qabiliyyətinin səmərəliliyi 40%-dən 70%-ə, döyüşlərdə iştirak edən Qərb texnologiyası ən azı 90%-ə yüksələcək. ABŞ-ın radar əleyhinə sistemlərin köməyi ilə Rusiya radarlar məhv edilir və nəticədə istifadəsiz qalan Bayraktarlar yenidən aktivləşib. İndi ukraynalılar Amerika texnologiyasının köməyi ilə Rusiya radarlarını daha rahat məhv edirlər".

Keçmiş prezident Rusiyanın İrandan aldığı dronların texniki standartlara cavab vermədiyinə görə, geri çağırmağa məcbur olduğunu vurğulayıb. Onun sözlərinə görə, Bayden administrasiyası ayrılan 48 milyard dollar yardıma daha 14 milyard dollar əlavə edib.

"On il davam etmiş Əfqanıstan müharibəsinə ABŞ 100 milyard dollar xərcləyib. Amma Pentaqon Ukraynaya dəstəkdə cəmi bir ilə o rəqəmi keçəcək. Həmçinin, ABŞ Müdafiə Nazirliyi tərəfindən prosesi idarə etmək üçün iki məsul general görəvləndirilib", - o qeyd edib.

Xersonda baş verənlərə gəlincə, Saakaşvili bildirir ki, 25 min rus əsgəri artıq alovlar içindədir, qaçmağa yer yoxdur, bu o deməkdir ki, ya öləcəklər, ya da əsir düşəcəklər: "İşlər hətta optimistlərin təsəvvür edə biləcəyindən daha yaxşı gedir".

"AzPolitika.info"

Şərhlər

sual 2022-09-07 01:35:57

Hormetli azpolitika.info , hami bilir ki , Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili həbsxanadadir, sual olunur : məgər, bu dustaqa, icaze verilib "Feysbuk" səhifəsində
yazmaqa ????????
Navalniy ve Saakaşvili idealist olaraq, sadəlovh olmuşlar, bu səbəbdən , boyuk səhvlər etmişlər və neticede , həbsxanaya salinmaqa, özləri , rejimə imkan yaradiblar.
Hər bir aqilli adam, meger, bele avamliq edermi ????
Atalar Misali var : YETIMƏ söz verən çox olar, amma, çörək verən tapilmaz .
Navalniy və Saakaşviliyə söz verənlər - böyuk vədlər verənlər çox olub, niyə indiyə qədər onlar susurlar ??????

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol