Menu

Bir neçə xəstəliyi olanlara əlilliyin təyini qaydası açıqlanıb

06.09.2022, 17:26
Bir neçə xəstəliyi olanlara əlilliyin təyini qaydası açıqlanıb

Vətəndaşın bir neçə xəstəliyi varsa, hər bir xəstəliyin faizləri hesablanır və ən yüksək faiz dərəcəsi götürülərək əlillik təyin olunur.

APA xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədr müavini Mətanət Məmmədova "Sosial saat"da deyib.

O bildirib ki, bir neçə xəstəlik üzrə faizlər eyni olarsa, yekun faiz 10 faiz artırılır.

“Digər tərəfdən, bir xəstəlikdə faiz digərindən azdırsa, vətəndaşın xeyrinə olaraq yüksək faiz dərəcəsi götürülür”, - o qeyd edib.

Xatırladaq ki, bu ilin iyulun 1-dən əlilliyin təyinatı yeni meyarlar üzrə aparılır.

Şərhlər

PENSİYAÇI 2022-09-06 19:40:41

fAİZ DƏRƏCƏSİ MARAQLI DEYİL,MARAQLI MÜAVİNƏTİN MİQDARIDIR.DÜŞÜNÜIMƏLİDİR Kİ.İNSAN HƏMİN VSAİTLƏ YAŞAYA BİLSİN,MÖVCUD SƏHİYYƏDƏN,DƏRMANLARDAN.ƏRZAQDAN İSTİFADƏ EDƏ ,İNSAN KİMİ YAŞAYA BİLSİN.YALNIZ BU ZAMAN ÖLKƏ NORMAL ÖLKƏ KİMİ ADLANA BİLƏR

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol