Menu

BAEA Zaporojye AES-ə səfərin yekunlarına dair hesabat dərc edib

07.09.2022, 00:07
BAEA Zaporojye AES-ə səfərin yekunlarına dair hesabat dərc edib

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasında nüvə təhlükəsizliyi və mühafizə zonasının yaradılması üzrə təcili məsləhətləşmələrə başlamağa hazırdır.

“Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə BAEA-nın səfərin yekunlarına dair dərc etdiyi hesabatında deyilir.

“Stansiyada vəziyyət elədir ki, hərbi əməliyyatlar nəticəsində dəyən ziyan nəticəsində baş verə biləcək nüvə qəzasının qarşısının alınması üçün təcili müvəqqəti tədbirlərə ehtiyac var. Qəzanın qarşısını təcili olaraq nüvə təhlükəsizliyi və mühafizə zonasının yaradılması ilə almaq olar”, - sənəddə deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol