Menu

Polkovnik Elnur Məmmədov həbs oluna bilər

07.09.2022, 09:39
Polkovnik Elnur Məmmədov həbs oluna bilər

Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Elnur Məmmədov məhkəməlik olub. “Qafqazinfo”nun məlumatına görə, o, Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ittiham olunur.

Bakı Hərbi Məhkəməsində keçiriləcək prosesə hakim Elbəy Allahverdiyev sədrlik edəcək. Polkovnik Məmmədovun təqsiri sübuta yetirilərsə, onu iki ilədək müddətə islah işləri və ya üç ilədək həbs cəzası gözləyir. Məhkəmənin hazırlıq iclası sentyabrın 12-nə təyin edilib.

Qeyd edək ki, Elnur Məmmədov son günlərdə sosial şəbəkələrdə Müdafiə Nazirliyinin rəhbərliyini, o cümlədən Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilovu tənqid edib, bir sıra iddialar irəli sürməklə gündəmə gəlmişdi. Müdafiə Nazirliyi isə açıqlama yayaraq, E.Məmmədovun nazirliklə bağlı iddialarını yalanlamışdı.

Şərhlər

t.ədalət 2022-09-07 09:51:10

Elnur Məmmədov Azərbaycan torpaqlarının qorunmasında xüsusi xidmətlər göstərmiş bir şəxsdir.İndi,müd.nazirinin xoşuna gəlmir deyə həbs olunur.Vətənə sadiq olmaqdan müqəddəs heç nə yoxdur.Təəssüfki Azərbaycanda,ancaq ayrı-ayrı şəxslərə sadiq olanlara ehtiram göstərilir.Böyük cinayətlər törətmiş Nacmuddin Sadıkovlar,Səfər Əbiyevlər və onlarla digərlərini cəzalandıra bilməyən hakimiyyətin gücü milli əqidəyə malik Elnur Məmmədov kimilərə çatır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol