Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Ukraynada müharibəyə başlamasından heç nə itirmədiyini açıqlayıb.
“Report” xəbər verir ki, bu barədə dövlət başçısı Şərqi İqtisadi Forumun Vladivostokdakı plenar iclasında danışıb.
“Ukraynada xüsusi hərbi əməliyyata başlamaqla heç nə itirməmişik və heç nə itirməyəcəyik. Əsas qazancımız suverenliyimizin möhkəmlənməsidir. Bəli, müəyyən qütbləşmə var, amma mən inanıram ki, həm dünyada, həm də ölkə daxilində bu, yalnız faydalıdır. Çünki lazımsız, zərərli və irəli getməyimizə mane olan hər şey rədd ediləcək, biz sürət, inkişaf tempi yığmağa başlayacağıq, çünki müasir inkişaf yalnız suverenliyə əsaslana bilər. Bu istiqamətdə atdığımız bütün addımlar suverenliyin möhkəmləndirilməsinə yönəlib. Və ikinci və ən vacib. Bunu bir daha vurğulamaq istəyirəm. Tez-tez səslənir. Biz hərbi əməliyyatlar nöqteyi nəzərdən heç nəyə başlamamışıq, ancaq başa çatdırmağa çalışırıq”, - ölkə lideri vurğulayıb.


Şərhlər
İtirəcək nəyiniz var ki.Əxlaqa insanlığa aid nə varsa sizdə heç vaxt olmayıb.
Bəs,bu müharibədə ölümünə səbəb olduğunuz 50 mindən artıq hərbiçi itki deyil?Yoxsa,siz manyaksınız?
putin reallıq hissini itirib , məncə ağlı qaçıb.