ABŞ Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə baş məsləhətçisi Filip Riker İrəvandadır.
"AzPolitika.info" xəbər verir ki, bu haqda Birləşmiş Ştatların Ermənistandakı səfirliyi məlumat yayıb.
“O, sentyabrın 8-10-da Ermənistan Respublikasının rəsmi şəxsləri ilə görüşəcək, Ermənistan və Azərbaycanın uzunmüddətli sülh cəhdlərinə və Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsinə ABŞ-ın dəstəyini müzakirə edəcək”, – məlumatda deyilir.
Dövlət katibi Antoni Blinken iki həftə öncə Filip Rikeri ATƏT-in Minsk Qrupuna həmsədr və Qafqazda danışıqlar üzrə baş məsləhətçi təyin edib. Riker Gürcüstan və Azərbaycana da səfər edəcək.
"AzPolitika.info"


Şərhlər