Menu

“44 günlük müharibədə azərbaycanlılar erməni dilində aksentsiz danışırdılar” - Erməni nazir

08.09.2022, 15:15
“44 günlük müharibədə azərbaycanlılar erməni dilində aksentsiz danışırdılar” - Erməni nazir

“44 günlük müharibə dövründə azərbaycanlıların erməni dili biliyinin hansı səviyyədə olduğunu gördük”.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Vahram Dumanyan hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.

“Bir çox hallarda onlar aksentsiz danışırdılar. Azərbaycanlılar həmçinin məktəblərdə də erməni dilini öyrənirlər”, - o qeyd edib.

Nazir həmçinin Ermənistan məktəblərində Azərbaycan və türk dillərinə böyük marağın olması barədə də danışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol