Menu

Bakıda narkotik satan və qanunsuz silah saxlayan 23 nəfər tutulub - VİDEO

08.09.2022, 16:22
Bakıda narkotik satan və qanunsuz silah saxlayan 23 nəfər tutulub - VİDEO

Sabunçu Rayon Polis İdarəsinin, ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən ötən gün daxil olmuş məlumatlar əsasında Balaxanı, Ramana, Maştağa və Zabrat qəsəbələrində narkotiklərin qanunsuz dövriyyəsinə və üzərində odlu silah saxlayan şəxslərə qarşı əməliyyatlar keçirilib, ümumilikdə 23 nəfər saxlanılıb.

DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, araşdırma zamanı müəyyən edilib ki, saxlanılanların bir neçəsi əvvəllər məhkum olunmuş şəxslərdir. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən 2 kiloqramdan artıq müxtəlif növ narkotik maddə aşkar edilib. Onlar əldə etdikləri narkotiklərin qeyd edilən qəsəbələrdə satışını təşkil ediblər.

Daxil olmuş əməliyyat məlumatı əsasında Zabrat qəsəbəsində keçirilən daha bir tədbir zamanı əvvəllər məhkum olunmuş Salman Şirinov saxlanılıb. Onun yaşadığı evinə baxış zamanı 1 ədəd qundağı və lüləsi kəsilmiş “İJ-18” markalı odlu silah, 7 ədəd patron və 2 ədəd “F-1” markalı qumbara aşkar edilib.

Saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Şərhlər

Байрам Мухтаров 2022-09-08 23:36:01

Чтобы здохли кто продает это гадость и кто заними стоит.

Vətəndaş 2022-09-08 17:26:23

Bu 23 nəfəri himayə edənlər niyə açıqlanıb ifşa edilmir? Nə qədər ki, bu edilmir bunu mübarizə adlansdırmaq yanlışdır.çünki hüquq-mühafizə orqanları bunların kimlər olduğunu bildikləi halda tək-tək şəxsləri həbs etməklə bu iş bitməyəcək.Məsələni kökündn tutmaq fyda verə bilər....

Eli 2022-09-08 16:41:16

Bı narkotiklerin ölkemize getirilmesi 90% İran İslam respublikası vasitesi ile heyata keçirilir ki bu da hamıya melumdur.Adam sadece insnmaq istemir ki ölkeni felakete aparan bu veziyyetde bizim hüquq mühafize orqanları,gömrük ve serhedd cidmeti emekdaşlarıbu işlerin iştirakçılatıdırlar.Ele deyilse ne ce okur ki serheddler en müasir avadanlıq ve cihazlarla qorunur gömrük postları da o cümleden bes niye ölkede nakoticaret günü günden çiçeklenir inkişaf edir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol