Menu

Paşinyan sülh müqaviləsinin tezləşdirilməsini tapşırıb - Brüssel görüşündən sonra

08.09.2022, 19:57
Paşinyan sülh müqaviləsinin tezləşdirilməsini tapşırıb - Brüssel görüşündən sonra

Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda öz komandasının aparıcı üzvlərilə dar çərçivədə görüş keçirib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə xəbər yayan Ermənistanın “Past” qəzeti həmin görüşün Brüsseldə İlham Əliyevlə keçirilən danışıqlara həsr olunduğunu bildirir.

Xəbərdə deyilir ki, Paşinyan bu toplantıda Brüsseldə əldə olunan razılaşmaları açıqlayıb və tapşırıq verib ki, noyabr ayının ortalarına qədər Azərbaycanla imzalanması planlaşdırılan sülh müqaviləsinin ilkin variantı hazırlansın və bu istiqamətdə görülən işlər tezləşdirilsin. Sonra isə mətn qarşı tərəflə müzakirə ediləcək.

Xəbərdə o da qeyd olunur ki, artıq bir aydan çoxdur ki, Ermənistan XİN-də sülh müqaviləsinin mətninin hazırlanması ilə məşğul olan mütəxəssislərdən ibarət qrup fəaliyyət göstərir.

“AzPolitika.info”   

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol