Menu

Baş nazirlər mətbuat konfransında söz davasına çıxdılar

10.11.2014, 18:35
Baş nazirlər mətbuat konfransında söz davasına çıxdılar

Albaniya və Serbiya baş nazirləri noyabrın 10-da Belqradda mətbuat konfransında söz davasına çıxıblar.

Serbiyaya tarixi səfərə gəlmiş Albaniya baş naziri Edi Rama Serbiyanı Kosovonun müstəqilliyini tanımağa çağırıb.

O deyib ki, “Sebiya bunu nə qədər tez etsə, bir o qədər tez qabağa gedə bilərik”.

Serbiyanın baş naziri Aleksandr Vucic Albaniya baş nazirinin bu sözlərini təxribat adlandırıb. O əlavə edib ki, Serbiya Kosovonun müstəqilliyini heç vaxt tanımayacq.

Edi Rama son 68 ildə ilk Albaniya baş naziridir ki, Sebiyaya səfər edir. /AzadlıqRadiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol