UEFA Konfrans Liqasında qrup mərhələsinə start götürüb.
"Report"un məlumatına görə, bu gün keçirilməli olan 16 matçdan 7-si artıq yekunlaşıb.
A qrupunda yer alan Türkiyənin turnirdəki təmsilçilərindən "Başakşehir" Şotlandiyada "Harts"ı darmadağın edib - 4:0. Qolları 26-cı dəqiqədə Hasan Ali Kaldırım, 67-ci dəqiqədə Yussuf Ndayişimiye, 75-ci dəqiqədə Stiven Kinqsli (avtoqol) və 82-ci dəqiqədə Berkay Özcan vurub.
UEFA Konfrans Liqası
Qrup mərhələsi, I tur
8 sentyabr
A qrupu
20:45. "Harts" (Şotlandiya) - "Başakşehir" (Türkiyə) - 0:4


Şərhlər