Menu

ORDUMUZUN MÖVQELƏRİ ATƏŞƏ TUTULDU - Cavab tədbirləri görülüb

09.09.2022, 10:09
ORDUMUZUN MÖVQELƏRİ ATƏŞƏ TUTULDU - Cavab tədbirləri görülüb

Sentyabrın 8-i axşam saatlarından 9-u səhər saatlarınadək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Noravan, Basarkeçər rayonunun Subatan yaşayış məntəqələri və Gorus rayonu istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli və Hacılar, Kəlbəcər rayonunun Zivel yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Şərhlər

t.ədalət 2022-09-09 11:01:59

"atəş-atəş" oyunu başladı.Putin sülh müqaviləsini atdı..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol