Menu

“Biz artıq ruslara turist imtiyazını vermək istəmirik” - Aİ komissarı

09.09.2022, 14:42
“Biz artıq ruslara turist imtiyazını vermək istəmirik” - Aİ komissarı

Bazar ertəsindən etibarən Avropa İttifaqına Rusiyadan yalnız humanitar və ailəvi səbəblərinə görə, eləcə də jurnalist fəaliyyəti ilə bağlı daxil olmaq mümkün olacaq.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Avropa Komissiyasının daxili işlər üzrə komissarı İlva Yohansson bildirib.

"Artıq rusiyalılara güvənmək üçün səbəbimiz yoxdur. Rusiyalılar üçün Aİ-də turist olmaq fundamental hüquq deyil, imtiyazdır. Və biz artıq bu imtiyazı ruslara vermək istəmirik", - deyə komissar vurğulayıb.

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Avropadan viza məhdudiyyətlərinə cavabın ağlabatan olacağını və diqqətlə ölçüləcəyini söyləyib.

"Ölkə turistlərə maraq göstərir. İnsanlar başa düşməlidirlər ki, ölkəmiz haqqında gördükləri və eşitdikləri yalandır", - deyə Kremlin sözçüsü vurğulayıb.

Şərhlər

Eli 2022-09-09 15:32:05

Bu meselede uduzan yalnız rus xanımlatı olacaq,yeni onlar kişi qıtlığı ile üzleşecekler ve on göre de bu xanımlar esasen Türkiyyeye,Qafqaz ve yaxın Şerq ölkelerine üz tutacaqlar.Maraqludur bu rus kişileri-teni İvankar Serqeyler,Vovalar öz xanımlarını idare ede bilmirler bir kişi kimi ve her menasa bınlar nece herbiçi kimi qoşun yeridib ölkeler almaq isteyirler bax nu maraqlıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol