Menu

Əliyev, Ərdoğan və Paşinyan eyni tədbirdə - Səmərqənddə sammitə hazırlıq gedir

09.09.2022, 14:57
Əliyev, Ərdoğan və Paşinyan eyni tədbirdə - Səmərqənddə sammitə hazırlıq gedir

Sentyabrın 15-16-da Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində qonaq qismində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan iştirak edəcək.

"AzPolitika.info" xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat katibi Şerzod Əsədov öz "Facebook" səhifəsində məlumat verib.

O bildirib ki, ümumilikdə, Şanxay Əməkdaşlıq Təşkilatının sammitində 15 dövlətin başçısı iştirak edəcək. Onların arasında Rusiya Prezidenti Vladimir Putin, Çin Prezidenti Si Cinpin, Hindistanın Baş naziri Narendra Modi, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, Pakistanın Baş naziri Şahbaz Şərif, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon da var.

Sammitdə Belarus Prezidenti Aleksandr Lukaşenko, İran Prezidenti İbrahim Rəisi, Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux da ŞƏT-in müşahidəçi dövlətlərinin başçıları qismində iştirak edəcəklər.

“Bu tədbir ŞƏT liderlərinin 2019-cu ildən bəri ilk təkbətək görüşü və Özbəkistanın təşkilatda sədrliyinin başa çatması olacaq”, - Əsədov bildirib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol