Menu

ABŞ dövlət katibinin Qafqaz üzrə baş məsləhətçisi İrəvanda Nikol Paşinyanla görüşüb

10.09.2022, 14:04
ABŞ dövlət katibinin Qafqaz üzrə baş məsləhətçisi İrəvanda Nikol Paşinyanla görüşüb

ABŞ dövlət katibinin Qafqaz üzrə baş məsləhətçisi Filipp Riker İrəvana səfəri çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

“Report” xəbər verir ki, məlumatı Ermənistan KİV yayıb.

Bildirilib ki, tərəflər Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, eləcə də regional məsələləri müzakirə ediblər.

Qeyd edək ki, Filipp Rikerin Ermənistana səfəri sentyabrın 10-da başa çatır.

Onun Azərbaycana səfəri gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol