Çeçenistan rəhbəri Ramzan Kadırovla əlaqəli hərbiləşdirilmiş birləşmələrin 1300-ə qədər döyüşçüsü Rusiya qoşun qrupunu gücləndirmək üçün Ukraynanın Xerson vilayətinə göndərilib.
Bu barədə sentyabrın 10-da Ukrayna Baş Qərargahının yaydığı məlumatda deyilir.
Silahlı qüvvələrinin komandanlığı bildirir ki, Rusiya qoşunları bununla Donetsk vilayətini tam ələ keçirmək, həm də əvvəl işğal etdikləri əraziləri əldə saxlamaq istəyirlər.
Çeçenistanda yaradılmış “kadırovçular” dəstəsi faktiki olaraq regional ordu funksiyasını yerinə yetirir. İndiyə qədər bu ordu birləşmələrinə qarşı ciddi insan hüqquları pozuntularına yol verdikləri barədə ittihamlar səslənib.
Ukrayna ordusu bir neçə həftədir ki, cənubda, Xerson ətrafında böyük əks-hücum olacağını elan edib. Amma gözlənilmədən əsas zərbə Xarkov vilayətindəki qruplaşmaya endirilib, nəticədə 2500 kvadrat kilometrdən çox ərazi işğaldan azad edilib.
"AzPolitika.info"


Şərhlər