Sentyabrın 10-da Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikerlə görüşüb.
"AzPolitika.info" erməni mediasına istinadla xəbər verir ki, görüş zamanı Paşinyan Qarabağ münaqişəsinin həlli prosesində artıq mövcud olmayan ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi ABŞ-ın mühüm rolunu qeyd edib. O həmçinin “minsk qrupu” çərçivəsində danışıqlar prosesinin bərpasının və Qarabağ münaqişəsinin hərtərəfli həlli kontekstində vasitəçilərin təcrübəsindən istifadənin vacibliyini vurğulayıb.
Məlumatda daha sonra qeyd olunur ki, görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı bir sıra məsələlər müzakirə olunub. Onlar 44 günlük müharibə nəticəsində yaranmış humanitar problemlərə də toxunublar.
"AzPolitika.info"


Şərhlər