Menu

Məşhur fondun direktorundan Peqovla bağlı paylaşım - "Əgər "WarGanzo" meydana çıxırsa..." + FOTO

10.09.2022, 22:30
Məşhur fondun direktorundan Peqovla bağlı paylaşım - "Əgər "WarGanzo" meydana çıxırsa..." + FOTO

İngilis dilində nəşr olunan nüfuzlu “Arabnews” qəzetində Daqlas və Sara Elison Xarici Siyasət və İrs Fondunun direktoru Lyuk Kofi özünün sosial media hesabında maraqlı paylaşım edib.

O, separatçı rejimlərə dəstəyi ilə məşhur olan Semyon Peqovun Hadrutda çəkdirdiyi foto ilə bu gün rusların işğalından azad edilən İzyum şəhərində çəkdirdiyi fotonu müqayisə edib.

“Hadrut, Şuşa və ya İzyum... Əgər "WarGanzo" poz vermək üçün meydana çıxsa deməli həmin şəhər azad olunmaq üzrədir.” - , deyə L.Kofi paylaşımında vurğulayıb.

Onu da bildirək ki, Semyon "WarGanzo" internet televiziyasının Vətən Müharibəsində təxribatlarından əl çəkməyən əməkdaşıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol