Menu

Zabit Səmədov idmançı karyerasını qələbə ilə başa vurub

11.09.2022, 00:11
Zabit Səmədov idmançı karyerasını qələbə ilə başa vurub

Azərbaycanlı kikboksçu Zabit Səmədov peşəkar karyerasını başa vurub.

"Report"un məlumatına görə, "Mauqli" ləqəbli kikboksçu braziliyalı sabiq UFC idmançısı Antonio Silvanı 1-ci raundda nokauta salmaqla kəmərə sahib olub.

Bununla da Zabit Səmədov karyerasını bitirib.

O, son söz alaraq təşkilatçılara təşəkkürünü bildirib: "Güc birlikdədir. Azərbaycanda – Vətəndə karyeramın son döyüşünü keçirdiyim üçün şadam. 24 ildir ki, döyüşürəm. Artıq karyeramı bitirirəm".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol