Menu

Tərtər çayında anası ilə birlikdə batan şəxsin meyiti tapılıb

11.09.2022, 12:32
Tərtər çayında anası ilə birlikdə batan şəxsin meyiti tapılıb

Tərtər çayında batan Rzayev Qiyas Rasif oğlunun meyiti tapılıb.

"Report"un Qarabağ bürosunun məlumatına görə, həmin şəxs avqustun 26-da anası Rzayeva Fizzə Kamil qızı ilə birlikdə itkin düşüb.

F.Rzayevanın meyiti Tərtər çayının şəhərdən keçən hissəsində tapılsa da, Q.Rzayevin axtarışları bu günə kimi davam edib.

Yaxınlarının bildirdiyinə görə, Q.Rzayevin meyiti Tərtər çayının rayonun Düyərli kəndindən keçən Qazyan arxında tapılıb.

Şərhlər

t.ədalət 2022-09-11 20:09:10

Öldürüb ata bilərlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol