Menu

Azad olunan ərazilərdə daha 69 mina aşkarlanıb

12.09.2022, 13:13
Azad olunan ərazilərdə daha 69 mina aşkarlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik olan məlumatı açıqlayıb.

ANAMA-dan bildirilib ki, sentyabrın 5-dən 10-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 49 piyada əleyhinə mina, 20 tank əleyhinə mina və 120 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 457 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol