Menu

Azərbaycanda son sutkada koronavirusdan üç nəfər vəfat edib - Yoluxma statistikası

12.09.2022, 16:56
Azərbaycanda son sutkada koronavirusdan üç nəfər vəfat edib - Yoluxma statistikası

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 76 yeni yoluxma faktı qeydə alınıb, 80 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 817 938 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 805 709 nəfər müalicə olunaraq sağalıb, 9 857 nəfər vəfat edib, aktiv xəstə sayı 2 372 nəfərdir.

Ölkədə son sutka ərzində 1 916, hazırkı dövrədək isə 7 195 841 test aparılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol