Menu

Xameneiyə nə olub? – Bir sıra vacib görüşlərin ləğv edildiyi bildirilir

12.09.2022, 18:32
Xameneiyə nə olub? – Bir sıra vacib görüşlərin ləğv edildiyi bildirilir

Ötən gün bir sıra xarici media qurumlarında İranın ali dini lideri Seyyid Əli Xameneinin vəfat etdiyi ilə bağlı xəbərlər yayılıb.

“AzPolitika.info” İran mediasıına istinadla xəbər verir ki, dini rəhbərin seçilməsinə görə məsuliyyət daşıyan Ekspertlər Şurasının Əli Xamenei ilə sentyabrın 10-u axşam saatlarına olan görüşü ləğv edilib. Ekspertlər Şurasınınin üzvü Haşim Haşimzadə də İran mediasına açıqlamasında görüşün ləğv edildiyini təsdiqləyib.

“Rəhbər müxtəlif məsələlərdən danışdığı üçün hazırda bu görüşün keçirilməsini məsləhət bilməyib və bu görüş onun rahatlığı və vaxtının alınmaması üçün baş tutmayıb”- deyə, Herisi bildirib.

İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı “Təsnim” xəbər agentliyi isə öncədən heç bir görüşün planlaşdırılmadığını və İran rəhbərinin sağlıq durumu ilə bağlı yayılan məlumatların uydurma olduğunu iddia edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol