Menu

Bakıda MDB Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin iclası keçiriləcək

12.09.2022, 19:21
Bakıda MDB Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin iclası keçiriləcək

Bakıda MDB dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçiriləcək. Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Sentyabrın 12-də Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkədə səfərdə olan Müstəqil Dövlətlər Birliyi (MDB) Müdafiə Nazirləri Şurasının katibi general-mayor Yuri Daşkin ilə görüşüb.

Görüşdə cari ilin oktyabr ayında Bakıda keçirilməsi planlaşdırılan MDB iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası ilə bağlı təşkilati məsələlər müzakirə olunub.

Tərəflər iclasın keçiriləcəyi yerə baxış keçirməyi qərara alıb və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Şərhlər

t.ədalət 2022-09-12 20:16:33

Belə tədbirlər ölkəmizin dünyadakı imicini zədələyir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol