Ukrayna Silahlı Qüvvələri ölkənin şərqində aktiv əks-hücum əməliyyatlarını davam etdirirlər.. “Report”un məlumatına görə, bu barədə “RBC-Ukrayna” xəbər verib.
Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələrinin bölmələri Xarkov vilayətində uğurlu hücumdan sonra Donetsk vilayətində tədricən irəliləməyə başlayıb. Bölgənin şimal-qərb hissəsində hücum həyata keçirilib, Donetsk vilayətinin Svyataqorsk şəhəri artıq nəzarətə götürülüb.
Bildirilib ki, Rusiya hərbçiləri Xarkov vilayətinin Borovaya kəndi yaxınlığında geri çəkilməyə başlayıblar.


***
“Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Svyataqorsk şəhərinə daxil olub. Şəhərin və ətrafının rusiyalı hərbçilərdən təmizlənməsi davam edir”.
“Report” xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Ukrayna Silahlı Qüvvələrinin bu şəhərə daxil olması ilə bağlı məlumatı Ukrayna hərbçiləri arasında olan mənbələr təsdiqləyib.
Artıq sosial şəbəkələrdə Svyataqorsk Şəhər Şurasının binasında Ukrayna bayrağının asılmasının fotosu yayımlanıb.

Şərhlər