Ermənistan tərəfindən guya Azərbaycan Ordusunun mülki əhalini, obyektləri və infrastrukturu hədəfə alması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu, Ermənistan tərəfinin yaydığı növbəti dezinformasiyadır.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Ermənistanın təxribatlarına cavab olaraq əks tədbirlər lokal xarakter daşıyaraq atəş nöqtəsi olan legitim hərbi hədəflərə qarşı yönəlib:
"Cavab tədbirləri kiçikmiqyaslı və hədəflənmiş xarakter daşıyaraq Azərbaycan sərhədlərinin təhlükəsizliyini təmin etmək və Ermənistanın təxribatlarına son qoymaq məqsədi daşıyır.
Mülki obyektlərin və günahsız insanların hədəfə alınması Ermənistan silahlı qüvvələrinin tətbiq etdiyi standart hərbi metodologiyadır. 30 illik işğal dövründə və 44 günlük Vətən müharibəsində məhz Ermənistan tərəfi ballistik raketlər və kasetli bombalarla qəsdən və məqsədyönlü şəkildə Azərbaycan şəhərlərini və mülki əhalisini hədəfə alırdı".

Şərhlər
Ermənistan dövləti bütün mülkü azərbaycanlı vətəndaşlara və Azərbaycan dövlətinin varlığına qarşı de fakto açıq-aşkar hərbi hücum müharibəsini davam etdirirsə, ordumuzun hər hansı alternativ reaksiyaya hüququ yoxmu? Əlbəttə, ləyaqətli cavab gecikib və gərəkli hədəfə çatmayıb?
Bəli, nə qədər ki, Azərbaycan erməni-daşnaqların deportasiya və tarixin ən vəhşi etnik soyqırımını mühakimə etməyib, adekvat reaksiya ilə ermənilər çıxarılmır, əksinə xüsusi dəhliz və hərbi kontingentlə mühafizə edilir cinayətkarlar özlərini haqlı sayacaqlar? Dünyəvi daşnaq mafiyası və tərəfdaşları ilə daim təxribatlar düşünüb tətbiq edəcəklər? Bir əsrlik tarixi dərs və 35 illik faciəmiz bizə lazımi dərs və hüquq savadını vermədimi?
Nə qədər ki, Azərbaycanda erməni-daşnaqları imühakimə olunmayıb, işğala adekvat çıxarılmır, əksinə xüsusi dəhliz və hərbi kontingent mühafizə edir, bütün dünyəvi daşnaq mafiyası daim təxribatlar hazırlayıb, hansısa tərəfdarı ilə tətbiq edəcək! Bunu əsrlik və don iki illik münasibətlər qabardır!