Menu

ABŞ dövlət katibi Ermənistan və Azərbaycana çağırış edib

13.09.2022, 09:02
ABŞ dövlət katibi Ermənistan və Azərbaycana çağırış edib

ABŞ Ermənistan və Azərbaycanı hərbi əməliyyatları dayandırmağa çağırır.

“Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin dövlət katibi Entoni Blinken adından yaydığı bəyanatda deyilir.

“ABŞ Ermənistan və Azərbaycan sərhədində baş verən toqquşmalardan dərin narahatdır və buna görə də tərəfləri atəşi dərhal dayandırmağa çağırır”, - bəyanatda vurğulanıb.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Şərhlər

Cəmşid Dərələyəzli 2022-09-13 10:34:11

Serhedle bağlı Paşinyanın bu sayaqlamalarına görə, ya sebr demek artıq bizə yaraşmaz. Çünki, bizimi səbr limitimiz 27 sentyabr 2020-ci ildə tam bitib. Yəni həmin tarixdən Qarbağla bağlı səbr kəlməmiz leksionumuzdan çıxarıldı. Ona görə də bu məsələdə Ölkə Başçısının da dediyi kimi, Azərbaycan həm sahədə, həm də masada, hüsum strategiyasını "Ermənistana" qarşı daima tətbiq etməlidir. Yəni dəmir yumuruq havadan daima asılı qalmalı, hadlerini aşanda ise derhal ermənilərin başına endirilməlidir. Yəqin ki, dış duşmanlarımız Paşinyana deyirlər bacardığın qədər Azərbaycanla sülh müqaviləsini üzat, biz sizə hər tərəfli dəstək olacağıq, sonda torpaqları geri alasınız. Bu dengesizin de ağlı kesir. Məsələn, bu yaxında “Ermənistanın” müdafiə naziri Amerikada səfərdə olanda, orada əsgəri eytim mərkəzinin rəhbəri ilə danışıqlar apardı. Ardınca Amerikadan "biz "Ermənistanla" Azərbaycanın bağladığı sülh müqavilsini tanımayacağıq" xeber geldi. Sonra da ölmüş Minski Qrupuna bizim irademiz dışında yeni həmsədr tətin edib bölgəyə göndərməsini gündeme getirdiler. Bütün bunlar da ola bilsin erməniləri etalətdıb çıxmağa sövq edir.. Co Baydenin son dönəmdə Türküyeye qarşı tavrları da ortada. Bütün bu məsələlərdə day Rusiyanın oynadığı ikili oyundan da behs etmirəm. Amma indiki halda dünyada ve bölgede geopolitik dengelerin deyişməsi fonunda, Azərbaycanın gücü, bölgədə və dünyadakı nüfuzu və ən əsası da güclü və sağlam tərəfdaşlarının olması, Azərbaycanın əlini və mövqeyini gücləndirir. Dümək ki, ona qarşı oynanılan oyunlar və Paşinyanın son hərəkətləri vız gələr, tırıs gedər. Ona görə də Azərbaycan belə olan halda, sanıram sərhəd məsələsində hələlik 1920 ildə ermənilərə verilmiş 9 min kv. km. ərazilərin sınırlarının üzərinə qayıtmalıdır. Çünki ondan sonrakı əraziləri Bolşevik höküməti, Paşinyanın da sadaladığı kimi , 1921, 1923, 1975 və 1969-cu il tarixlərdə ermənilərə Azərbaycanın ya razılığı olmadan, ya da basqısı ilə zorla alıb vermişdir..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol