Ukrayna Ordusu Xarkov vilayətində gedən döyüşlərdə İrana aid zərbə dronunu məhv edib. “AzPolitika.info” xəbər verir ki, bu barədə Ukrayna Ordusu Strateji Kommunikasiyalar İdarəsinin son açıqlamasında deyilir.
Məlumatda qeyd olunur ki, sözügedən İran PUA-sı Kupyansk ətrafında vurulub. Onun "Şahed-136“ adlı kamikadze-dron olduğu bildirilir. Qurum məhv edilmiş PUA-nın fotolarını öz rəsmi internet səhifəsində yayımlayıb.
Xatırladaq ki, Vladimir Putinin Tehrana səfəri zamanı İrandan hərbi yardım, əsasən də PUA-lar istədiyi barədə məlumatlar yayılmışdı. Daha sonra artıq İranın Rusiyaya PUA göndərməyə başladığı barədə xəbərlər dərc edildi. Lakin rəsmi Tehran bu xəbərləri təkzib edirdi.
“AzPolitika.info”


Şərhlər