Menu

“Təxribatlara görə bütün məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür” - Azərbaycan Prezidenti

13.09.2022, 19:37
“Təxribatlara görə bütün məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür” - Azərbaycan Prezidenti

Təxribatlara görə bütün məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.

“Report”un xəbərinə görə, bu barədə Prezident İlham Əliyev sentyabrın 13-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikeri qəbul edərkən bildirib.

Görüşdə sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin iki ölkənin sərhədinin Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatlar müzakirə olunub.

Dövlət başçısı Azərbaycanın Ermənistanın bu təxribatlarına cavab tədbirləri həyata keçirdiyini və baş vermiş təxribatlara görə bütün məsuliyyətin Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü qeyd edib.

Şərhlər

t.ədalət 2022-09-13 20:50:26

Burda məsuliyyətlə iş aşmır.50 hərbiçimizi öldürüblər.Bu,təxribat deyil,Putinin planı ilə böyük müharibədir.Putin,Qarabağda azərbaycanlıları öldürməklə ermənipərəst Avropanın rəğbətini qazanmaq istəyir.Ukrayna müharibəsində uduzan Rusiya üçün bu çox vacibdir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol