Rus ordusu Ukraynada acı məğlubiyyətlərə uğradıqca, Rusiyada siyasi gərginliyin dərəcəsi artmağa başlayır.
“AzPolitika.info” xəbər verir ki, aqressivliyi və imperialist düşüncəsi ilə Putin hakimiyyətindən heç də geri qalmayan Rusiya Kommunist Partiyasının lideri Gennadi Zyuqanov Kremli zəiflikdə günahlandırıb və ümumi səfərbərlik elan olunmasını tələb edib.
Çoxdandır səsi çıxmayan Zyuqanov Dumanın payız sessiyasının açılışında çıxış edərək bildirib ki, Ukraynada baş verənlər artıq xüsusi hərbi əməliyyat statusundan çıxıb: “Nasistlərə, banderovçulara, faşistlərə qarşı Ukraynada aparılan hərbi-siyasi əməliyyat artıq tammiqyaslı müharibəyə çevrilib. Hansı ki, bu müharibəni amerikalılar, NATO və birləşmiş Avropa elan edib. Müharibə və xüsusi əməliyyat bir-birindən köklü şəkildə fərqlənir. Xüsusi əməliyyatı elan etmisinizsə, onu dayandıra da bilərsiniz. Müharibəni isə istəsəniz də dayandıra bilməzsiniz. Sona qədər getməli olacaqsınız. Onunsa yalnız iki nəticəsi var: ya qələbə, ya məğlubiyyət”.
Qeyd edək ki, Xarkov istiqamətindəki biabırçı məğlubiyyətdən sonra Rusiyada müxtəlif səviyyələrdə Putinə qarşı etirazlar çoxalıb. Bu etirazlar həm müharibə əleyhinə olanlardan, həm də hakimiyyəti Ukraynaya qarşı daha sərt davranmağa çağıranlardan gəlir.
“AzPolitika.info”

Şərhlər
Ən uzağı, imkanlı, sivil Avropa taxıl rica edən Rusiyanı, Türkiyə ilə müharibəyə göndərməsindən nəinki, Rus İmperiyası, heç zaman normal dövlət olmayıb. Pyotr Qara dəniz tərsanələrinə əlavə Avropadan gəmi və metal sənayesini gətirməyə başlamışdı. Daha sonra dünyasını tez dəyişmiş Leninin siyasi-iqtisadi konturları üzrə 05,12.!936 tarixə xalqların əzmi ilə Stalin daha güclü sənayeyə nail olmuşdu! Müharibədən sonra Stalin hərbi 10-25 illik, digər zəruri iqtisadiyyatı isə 5-10 illik ehtiyata çalışdırırdı!? Sonrakı yüksəlişlər ...
Əsl Kommunist bir dövlətin digərinə hər hansı təcavüzünə necə razılaşır? SSRİ dövründə məgər, Ukraynada da eyni aparıcı-Пролетарии всех стран соединяйтесь! yek şüarlı partiya deyildimi? İkilı məram buraxılmazdır? O, hakimiyyət hərəmi kimi özü namizəd olmadı ki, V.V.Putinin səslərini azaltmasın. Deməli partiya üzvlərini də aldadır?
züqanov normal rus şovinisti olsaydı 30 il parlamentdə oturardı..
zuqanovda sherefsizin biriymish !
züqanov putin kimi da faşist imiş.