Menu

"Nant" "Qarabağ"la oyun üçün Bakıya gəlib - Video

14.09.2022, 09:27
"Nant" "Qarabağ"la oyun üçün Bakıya gəlib - Video

Fransanın "Nant" komandası "Qarabağ"a qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunu üçün Bakıya gəlib.

"Report"un məlumatına görə, rəqib kollektiv ötən gün axşam saatlarında Azərbaycana çatıb.

Saat 17:15-də Liqa 1 təmsilçisinin baş məşqçisi Antuan Kombuarenin mətbuat konfransı, saat 18:00-da isə komandanın media üçün açıq məşqi olacaq.

Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol