PUTİNİ HAKİMİYYƏTDƏN KİM GÖTÜRƏCƏK? – Oliqarxlarla generalların gizli birliyi yaranır

Ukraynada ildırımsürətli şanlı qələbə qazanacağını zənn edən Valdimir Putin yeddi aydır ki, üzücü müharibədən necə qurtulmağın yollarını axtarır.

Müharibə uzandıqca, ordu böyük itkilər verərək taqətdən düşür. Xarkov ətrafında gedən son döyüşlərdə Ukrayna Ordusunun həmlələri qarşısında 6000 kvadrat kilometrlik ərazini qoyub qaçan Rusiya ordusunun mənəvi döyüş ruhunun necə bərbad günə düşdüyü bir daha aydın oldu. Müharibədəki vəziyyətin ağırlaşmasının əsl səbəbinin özünün strateji xətasının olduğunu qəbul etməyən Putin bütün günahları ordu generallarının üzərinə yıxır. Müharibədəki məğlubiyyətlərin sayı artdıqca generalların Putinə qarşı münasibətinin radikal şəkildə pisləşəcəyi və onların açıq etiraza keçəcəkləri qaçılmaz görünür. Digər yandan, oliqarxlarla ordu generallarının gizli işbirliyi nəticəsində dövlət çevrilişinin həyata keçirilməsi də mümkündür. Unutmayaq ki, Rusiya tarxində xeyli belə hadisələr baş verib.

“AzPolitika.info” xəbər verir ki, Ukraynanın “Glavred.info” portalı ”Putini hakimiyyətdən götürmək kimi “çirkli işi” kim öz üzərinə götürəcək” başlıqlı məqaləsində sözügedən məsələyə toxunub. Həmin məqaləni təqdim edirik: ”Qərbin ağır sanksiya yumruğunu - mülklərinin təftiş və müsadirə olunmasını, müxtəlif məhdudiyyətləri öz üzərlərində ilk dəfə Qərbdə yaşamağı sevən oliqarxlar hiss etdilər. Sonradan Qərbin güclü sanksiya təzyiqinin növbəsi Putinin yaxın ətrafna gəlib çatdı. Putinin dostu, müdafiə naziri Şoyqu tərəfindən harınlaşdırılmış Rusiya generaliteti yaxın yoldaşlarının əziyyətlərinə, çəkdiləri ziyanlara sakitcə tamaşa etməyə başladı, baş verənlər onların halını pozmurdu.

Bədbəxtlik başqa tərəfdən gəldi. Putinə Ukraynada yüngül gəzinti vəd edən Şoyqu və Gerasimovla birlikdə bütün Rusiya generalitetinin əzab çəkmək növbəsi gəlib çatıb. Nə vaxt ki, blitskriq uğursuzluğa düçar oldu, Putin və onun ətrafı Ukraynaya qarşı təcavüzdə iştirak etmiş generallar arasında günahkarlar axtarmağa başladı. Putin inadla Şoyqu və Gerasimovdan yapışaraq özünün bütün qəzəbini generelların üzərinə tökdü. Belə ki, Xarkov ətrafındakı fəlakətə görə Putin Qərb hərbi dairəsinin komandanı, general-leytenant Roman Berdnikovu vəzifəsindən azad edib. Halbuki, Berdnikov cəmi iki həftə idi ki, cəbhəyə gəlmişdi. Qərb hərbi dairəsinin ondan öncəki komandanı Andrey Sıçevoy öz postunda üç həftə qala bilmişdi.

Rusiya-Ukrayna müharibəsinin yeni “xilaskarı” Rusiya ordu qruplaşmasının komandanı, general-leytenat Aleksandr Lapindir. Baxaq, görək, o öz postunda nə qədər duruş gətirəcək və sonrakı aqibəti necə olacaq. Görəsən, bu generalı cəza, yoxsa Gerasimovun yerinə təyinat gözləyir?

Cəbhədəki vəziyyət Kreml üçün ağırlaşdıqca, Putin Rusiya general və zabitlərini vəzifələrindən daha tez-tez çıxaracaq və cəzalandıracaq. Putinin bu cür davranışları Rusiya generallarının qətiyyən xoşuna gəlmir. Onlar artıq anlayırlar ki, məsələ Ukraynadakı vəziyyətlə əlaqədar deyil, səbəb Putinin hərbçilərdən qorxması ilə bağlıdır. Ola bilər ki, Rusiya generalları döyüşməyi bacarmırlar, lakin onlar oğurlamağı, intriqa aparmağı və qəsd hazıralmağı çox yaxşı bacarırlar.

Həm də 1991-ci ildəki Fövqəladə Dövlət Komitəsindən fərqli olaraq, indi generalların müttəfiqi var. Bunlar Putindən narazı düşən və Qərb tərəfindən əzilən oliqarxlardır. Onlar Putinin hakimiyyətdən uzaqlaşdırılması kimi çirkli və təhlükəli işi öz üzərinə götürənləri axtarırlar.

Beləliklə, Rusiyada unikal bir vəziyyət meydana gəlir. Sanksiyalardan əziyyət çəkən rus oliqarxlar (pul) ilə Putindən incik düşmüş generalların birliyi (hərbi güc) Rusiya mütləqiyyətinin mərkəzi halına gəlmiş Putindən qurtulmaq və qrup formasında idarəetməyə (Siyası büro, Rusiyanın xilası komitəsi və ya sadəcə xunta) keçid etmək üçün əlverişli şərait yaradır. Belədə heç Milli Qvardiya rəhbəri Zolotov və ya Kadırov da Putinə kömək edə bilməz. Onlar Putin uğrunda ölməyə tələsməyəcəklər, yeni hakimiyyət konfiqurasiyasında özlərinə yer axtarmağa çalışacaqlar.

Ancaq hakim elitadakı Putinin düşmənlərinin iki problemi var. Həmin problemlər hələ ki, qəsdçiləri durdurur. Birinci problem Ukrayna ilə müharibənın necə başa çatmasıdır. İknici problem isə Putindən qurtulduqdan sonra Rusiya hakimiyyətinin və ya bütün Rusiyanın uçub tökülməsi təhlükəsidir”.

“AzPolitika.info”

635x100

Şərhlər

t.ədalət 2022-09-15 11:38:29

Rusiyadakı oliqarxların hamısını kəşfiyyat idarəsi yaradıb.Hamısının da Putinlə pul ilişkisi var.

Baba 2022-09-15 11:16:51

Kim olsa onun milliyəti rus olacaq. Biz Allaha yalvaraq ki Rusiya dağılacaq. Ola bilər ki Putindən sonra gələn daha qaniçən faşist olacaq. Rusiya dövlətinin siyasəti budur. Ona görə də inşallah bu imperiya da dağılar. Onda bizim canımız ermənidən rusdan birdəfəlik qurtarar

Son yazılar