Menu

“Ermənistanla danışıqlarımız Azərbaycansız davam etməyəcək” - Çavuşoğlu

14.09.2022, 18:22
“Ermənistanla danışıqlarımız Azərbaycansız davam etməyəcək” - Çavuşoğlu

“Ermənistan bu təxribatlara son qoymalıdır. Ermənistanla danışıqlarımız ikitərəfli səviyyədə davam edir, lakin biz onlara bildiririk ki, bu, Azərbaycansız davam etməyəcək”.

APA-nın İstanbul müxbirinin xəbərinə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanla Türkiyə arasında normallaşma prosesini şərh edərkən bildirib.

“Azərbaycanla bağlı son proseslər (Ermənistanın hücumları) təbii ki, bizi narahat etdi” , - deyə o vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol