Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) "Güzəştli Mənzil” informasiya sistemi çöküb.
"APA-Economics" xəbər verir ki, Elektron Hökumətin İnkişaf Mərkəzinin direktor müavini Mehdi Cavadov deyib ki, buna səbəb çox sayda insanın eyni anda sistemə daxil olması olub: "Sistemdə yüklənmə olduğundan problemlər yaranıb. Araşdırma aparılır. Hazırda sistemin bərpa olunması üçün iş görülür. Mənzillərin satışı yenidən təşkil olunacaq. Hələlik tarix bəlli deyil".
Qeyd edək ki, bu gün saat 11.00-da MİDA Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 18 binada 815 güzəştli mənzil satışa çıxarılmışdı.


Şərhlər
Əziz MİDA-çılar bu iş Sizdə alınmır. Gözəl tikirsiniz,əla. Evə ehtiyacı olanları incitməyin, lütfən. İşin bu hiissəsini bacara bilən şirkətə həvalə edin, və yaxud da bildirin ki, ölkəmizdə internetə çıxış imkanları bu tip mənzil satışına imkan vermir, yoxsa çox sayda insanın sistemə daxil olması kimi bəhanələr yaxşı səslənmir. Təşəkkürlər.