Menu

Putin Özbəkistana səfər edib

15.09.2022, 11:27
Putin Özbəkistana səfər edib

Rusiya Prezidenti Vladimir Putin Özbəkistanın Səmərqənd şəhərinə səfər edib.

APA TASS-a istinadən xəbər verir ki, Vladimir Putin səfər çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçılarının 15-16 sentyabr tarixlərində baş tutacaq sammitində iştirak edəcək.

Qeyd edək ki, Vladimir Putin ŞƏT sammitində son üç il ərzində ilk dəfə olaraq şəxsən iştirak edəcək. Sentyabrın 15-i Vladimir Putinin bir sıra xarici ölkə başçıları ilə ikitərəfli və çoxşaxəli formatda görüşləri planlaşdırılıb.

O, Qırğızıstan, Türkmənistan, Özbəkistan, İran, Pakistan və Çin liderləri ilə görüşlər keçirəcək.

Həmçinin bu gün Rusiya-Monqolustan-Çin üçtərəfli sammiti keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol