ÖLDÜRÜLƏN ERMƏNİ HƏRBÇİLƏRİNİN SAYI AÇIQLANDI - Bu yüksəkliklər azad edildi (Yenilənib)

Ermənistana miqyası təsvir olunmayacaq dərəcədə güclü zərbə vurulub”

“Əldə etdiyim məlumata görə, Ermənistan ordusunun Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində bölmələrimizə qarşı törətdiyi təxribat nəticəsində baş verən qarşıdurmada düşmənin 400-dək hərbiçisi məhv edilib”.

“AzPolitika.info” xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev özünün şəxsi “Facebook” hesabında yazıb.

Ekspert bildirib ki, həlak olanlardan çoxunun meyiti hələ də döyüş meydanında qaldığı üçün, Ermənistan tərəfi ölənlərin sayını dəqiqləşdirməkdə çətinlik çəkir: “Biz də şəhid vermişik, amma şəhidlərimizin qisası döyüş meydanında artıqlamasıyla alınıb. Əsas odur ki, Ermənistana miqyası təsvir olunmayacaq dərəcədə güclü zərbə vurulub”.

“Açığı bir çox məsələlər barədə dəqiq məlumat vermək olmur. Bəlkə buna görədir ki, cəmiyyətimizdə bu qədər şəhid verməklə nə əldə etdiyimiz barədə suallar aktualdır. Amma bu məsələlər barədə kifayət qədər məlumatlı bir insan kimi deyə bilərəm ki, zamanla hər şey bilinəcək və əsgərlərimizin, zabitlərimizin igidliyi, peşəkarlığı sayəsində əldə etdiyimiz uğurun miqyası tam göründükdən sonra onun əsl qiyməti veriləcək. Allah bütün şəhidlərimizə rəhmət eləsin!. Onların qanı yerdə qalmadı və heç zaman da qalmayacaq”,-deyə o, bildirib.

Ədalət Verdiyev öz şəxsi "Facebook" hesabında həmçinin bildirib ki, Ermənistanın sentyabrın 12-dən başlayaraq dövlət sərhədində həyata keçirdiyi təxribatlara cavab olaraq Azərbaycan Ordusunun reallaşdırdığı növbəti əməliyyatlar nəticəsində bir neçə strateji əhəmiyyətə malik yüksəkliklər düşməndən təmizlənib.

Məlumatda bildirilir ki, düşməndən azad olunan yüksəkliklər hərbi nöqteyi nəzərdən xüsusi əhəmiyyət daşıyır. Bunlar aşağıdakılardır.

Dərinçala dağı 2906.5 m, Ağdaş 2747.8 m, Qılıncdağ 2851 m və 2338.6 və 2484 m-də yerləşən adsız yüksəkliklər.

***

Oxu.Az-ın məlumatına görə, Azərbaycan Ordusunun həyata keçirdiyi qətiyyətli cavab tədbirləri zamanı Ermənistanın təxribatının qarşısı alınıb, bölmələrimiz tərəfindən strateji əhəmiyyətə malik bir sıra hakim yüksəkliklər nəzarətə götürülüb.

Əməliyyat çərçivəsində Ermənistan silahlı qüvvələrinə məxsus Gorus rayonu və Novruzlu (Kaxnut) yaşayış məntəqəsi istiqamətlərində iki ədəd “S-300 5N63 İYR” radarı, üç ədəd “S-300 5P85 BQ” buraxıcı qurğusu, Basarkeçər rayonu və Aşağı Qaranlıq (Martuni) yaşayış məntəqəsi istiqamətlərində isə iki ədəd “S-125 RTS-125” radarı, eləcə də xeyli sayda canlı qüvvəsi məhv edilib və yaralıları var. Qarşı tərəfin bu istiqamətdə Hava Hücumundan Müdafiə (HHM) sistemi çökdürülüb.

Həmçinin qarşı tərəfə məxsus bir ədəd radioelektron mübarizə (REM) vasitəsi JİTEL, 20-dək ədəd top və haubitsa, 10-dan çox minaatan və altısı sursatla dolu olmaqla ümumilikdə 32 ədəd avtomobil texnikası sıradan çıxarılıb.

Bundan başqa, Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus biri sursatla dolu olmaqla üç ədəd “KamAZ”, bir ədəd “Ural” və bir ədəd “UAZ-3962” markalı avtomobil və üç ədəd mühəndis texnikası, üç ədəd minaatan, bir ədəd “İqla-S” daşınan zenit-raket kompleksi, 135 ədəd müxtəlif avtomat, pulemyot, qumbaraatan, 20 qutu əl qumbarası, iki ədəd optik cihaz, iki ədəd rabitə vasitəsi və 14500-dən çox döyüş sursatı qənimət olaraq ələ keçirilib.

Qarşı tərəfin ümumilikdə 53 döyüş mövqeyi, iki minaatan atəş mövqeyi, xeyli sayda hakim yüksəkliklər nəzarətə götürülüb, Zod istiqamətində yerləşən 538-ci əlahiddə dağatıcı briqadasının daimi dislokasiya məntəqəsi, iki ədəd “S-300” və iki ədəd “S-125” divizionlarının start mövqeləri darmadağın edilib.

Ümumilikdə düşmənin 450 nəfər canlı qüvvəsi məhv edilib.

“AzPolitika.info”



635x100

Şərhlər

Cəbrayıl 2022-09-16 11:41:09

ERmənilərin sayı bizi heç maraqlandırmır.Əsas maraqlı və izahat tələb edən ,niyə bizdə o qədər şəhid oldu məsələsidir ki, buna aydınlıq gətirilməlidir...

Kənd Hesabdarı 2022-09-15 18:47:44

Nə yaxşı savadlı Hüquq müdafiəçilərimiz, Hərbi ekspertlərimiz var!

Son yazılar