Menu

İşğaldan azad olunan ərazilərə avtobus marşrutları təxirə salınıb? - RƏSMİ AÇIQLAMA

15.09.2022, 21:17
İşğaldan azad olunan ərazilərə avtobus marşrutları təxirə salınıb? - RƏSMİ AÇIQLAMA

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) işğaldan azad olunan ərazilərə avtobus marşrutlarının təxirə salınmasına dair yayılan xəbərlərə münasibət bildirib.

Xidmətdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurum tərəfindən işğaldan azad olunan ərazilərə - Şuşa, Ağdam və Füzuli rayonlarına müntəzəm avtobus marşrutları ilə 15, 16 və 17 sentyabr tarixlərinə nəzərdə tutulan səfərlər təxirə salınaraq başqa tarixlərə keçirilib:

“Bu haqda sərnişinlərlə telefon əlaqəsi yaradılaraq məlumat verilib”.

Qeyd edək ki, sosial şəbəkərdə işğaldan azad olunan ərazilərə avtobus marşrutlarının təxirə salınması ilə bağlı xəbərlər yayılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol