Biləsuvar şəhərində şəhid əsgər Kərimov Zöhrab Azad oğlu dəfn olunub. “Report”un məlumatına görə, əvvəlcə 2003-cü il təvəllüdlü şəhid Z.Kərimovla yaşadığı evində vida mərasimi keçirilib.
Daha sonra şəhid böyük izdihamla Biləsuvar şəhər qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində rayon rəsmiləri, hərbçilər, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.


Şərhlər