Qırğızıstan-Tacikistan sərhədində şiddətli döyüşlər başlayıb - VİDEO

Qırğızıstan-Tacikistan sərhədində yenidən silahlı toqquşmalar olub. Bu barədə Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.

Məlumatda Tacikistan tərəfinin ağır hərbi texnikadan istifadə etdiyi bildirilir.

“Tacikistan tərəfi tanklar, zirehli transportyorlar, piyadaların döyüş maşınları və minaatanlardan istifadə edir”, - Qırğızıstan Sərhəd Xidmətinin məlumatında qeyd olunur.

Yayılan son xəbərlərə görə, Tacikistanla sərhəddə baş verən silahlı toqquşmalar nəticəsində dörd qırğız sərhədçisi yaralanıb.

Artıq Qırğızıstanın Tacikistanla həmsərhəd kəndlərində yaşayan sakinlərinin təxliyəsinə başlanılıb.

Qeyd edək ki, Qırğızıstan-Tacikistan sərhədində gərginlik sentyabrın 14-dən başlayıb.

Sosial şəbəkələrdə isə aparılan döyüş əməliyyatlarından müxtəlif videogörüntülər yayılıb:

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar