Menu

Ukraynada separatçıların daha bir nümayəndəsi öldürülüb

16.09.2022, 15:35
Ukraynada separatçıların daha bir nümayəndəsi öldürülüb

Ukraynanın işğal olunmuş Berdyansk şəhərində Rusiya tərəfindən təyin olunmuş qondarma merin müavini Oleq Boyko və həyat yoldaşı Lyudmila öldürülüb.

“Report” TASS-a istinadən xəbər verir ki, Oleq Boyko bölgənin Rusiyaya birləşməsi haqqında keçirilməsi planlaşdırılan “referendum” üzrə seçki komissiyasına rəhbərlik edib.

İşğal administrasiyasının nümayəndəsi Vladimir Roqovun sözlərinə görə, Oleq və Lyudmila Boyko Koloniya mikrorayonunda öz qarajının yaxınlığında öldürülüb.

Xatırladaq ki, bu gün eyni zamanda qondarma Luqansk Xalq Respublikasının “baş prokuror”u və onun müavini zərərsizləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol