Menu

"Bakı küçələrindəki bulaqlar yığışdırıldı, indi ağaclar susuz qalıb" - ETSN

16.09.2022, 17:04
"Bakı küçələrindəki bulaqlar yığışdırıldı, indi ağaclar susuz qalıb" - ETSN

"Əvvəllər Bakının hər küçəsində bulaqlar vardı. Sonradan yığışdırıldı. İndi paytaxt küçələrindəki ağaclar susuz qalıb. Belə olmaz".

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov deyib.

O bildirib ki, Bakıda və Abşeron yarımadasında yaşıllıqların salınması və qorunması ilə bağlı yeni qanuna və ya qanunvericiliyə dəyişiklik edilməsinə ehtiyac var.

M.Qənbərov qeyd edib ki, bununla bağlı müvafiq qurumlara müraciət olunub: "Qanunla yaşıllıqların yaradılmasına xüsusi yanaşılmalıdır. Bakıda və Abşeron yarımadasında ağaclara Lənkərandakı kimi yanaşılmamalıdır. Bakının Baş planının olmaması yaşıllıqların salınmasına və qorunmasına mane olur".

Şərhlər

korrektor 2022-09-16 19:19:39

Çox düzgün iraddır!

Elmira 2022-09-16 17:10:51

Ümumiyyətlə Yaşılllq idarəsidir nədir qətiyyən işləmir! Bakı quruyur elə bil. Ya qurudurlar, xainlər, savadsızlar, nadanlar !!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol