Menu

ATƏT nümayəndəsi Azərbaycan hakimiyyətinə səsləndi

11.11.2014, 10:03
ATƏT nümayəndəsi Azərbaycan hakimiyyətinə səsləndi

ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç noyabrın 10-da bəyanat yayaraq Azərbaycanda müstəqil mediaya və ifadə azadlığına repressiyanı addımları dayandırmağı tələb edib.

“Azadlıq” radiosunun məlumatına görə, Miyatoviç deyib ki, Azərbaycanda bütün müstəqil media təmsilçiləri və media QHT-ləri məqsədyönlü, çox vaxt da əsassız ittihamlarla təqib olunur”.

Miyatoviç ATƏT-in 11-ci Cənubi Qafqaz media konfransında iştirak etmək üçün Tbilisidədir. Azərbaycanlı bloqçu Mehman Hüseynov noyabrın 10-da həmin konfransa gedəndə Bakı hava limanından buraxılmayıb (Mehman Hüseynovu ittiham edirlər), polisdə və prokurorluqda dindirilib (Hüseynovu buraxıblar).

ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi qeyd edib ki, Tbilisi konfransına dəvət olunan jurnalist Xədicə İsmayılovanın da Azərbaycandan çıxmasına məhdudiyyət qoyulub (Xədicə İsmayılova açıqlaması): “Mən Azərbaycan hakimiyyətini azad mediaya qarşı bu düşmənçilik yanaşmasını dayandırmağa çağırıram”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol